AZ

Şahramanyanın avtomobilinin müsadirə edilmə səbəbi məlum oldu


Qarabağ separatçılarının sonuncu “lideri” Samvel Şahramanyanın xidməti avtomobili narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi çərçivəsində müsadirə edilib.
Yeniavaz.com
“Sputnik”ə istinadla xəbər verir ki, bu barədə  Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Komitənin məlumatına görə, “Toyota Camry” markalı avtomobil Ermənistan Cinayət Məcəlləsinin 393-cü maddəsinin 1-ci hissəsi və 396-cı maddəsinin 1-ci bəndi ilə bağlı (hər iki maddə narkotik vasitələrin qanunsuz dövriyyəsinə aiddir) müsadirə edilib.
Qeyd edək ki, iyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları qondarma rejimin “İrəvandakı nümayəndəliyi”nin qapısını sındıraraq, Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər.
Buna cavab olaraq, Tavuş yeparxiyasının rəhbəri, müxalif “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan öz “Lexus” markalı avtomobilini Şahramanyana hədiyyə edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
yeniavaz.com

1Mənbələr