AZ

Samsung, gələcək qatlana bilən smartfonlarında ekranının bütün nöqtələrinə barmaq izi oxuyucusu yerləşdirə bilər!

     Ortaya çıxan yeni patentə görə, Samsung, müəyyən bir sahə əvəzinə bütün ekranı barmaq izi oxuyucusu kimi istifadə etməyi planlaşdırır. Belə ki, patentə əsasən, ekran panelinin altında barmaq izlərini oxuyan sensor təbəqəsi olacaq. Bu şəkildə telefonun kilidini açmaq daha asan hala gələcək. Bu sensor təbəqənin, xarici işıq mənbəyinə ehtiyac olmadan barmaq izini oxuya biləcəyi də bildirilir.     Samsung-un hazırkı qatlana bilən telefonlarında yan tərəfdəki güc düyməsinə inteqrasiya olunmuş barmaq izi oxuyucusu var. Bu patentlə biz tezliklə bütün ekranı əhatə edən barmaq izi oxuyucularını görə bilərik. X platformasından "xleaks7" adlı istifadəçinin bildirdiyinə görə, yeni texnologiya gələn il buraxılacaq Galaxy Z Fold 7 kimi qatlana bilən telefonlarla gələ bilər. Təbii ki, texnologiya çox yeni olduğu üçün bu iddiaya şübhə ilə yanaşmaqda fayda var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
technote.az

1Mənbələr