AZ

Ər arvadı ilə mübahisədən sonra onu yandırıb

Rusiyanın Pervouralsk şəhərində yerli sakin həyat yoldaşı ilə mübahisə edərək onu şəxsi evdə yandırdığına görə həbs edilib. 

Missiya.Az xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin (İK) Sverdlovsk vilayəti üzrə istintaq idarəsindən məlumat verilib. O, həddindən artıq amansızlıqla adam öldürməyə cəhddə ittiham olunub. Onu 15 ilə qədər həbs gözləyir. İstintaqın məlumatına görə, iyunun 28-nə keçən gecə Pervouralsk yaxınlığında yerləşən kənddəki fərdi evlərin birində kişi həyat yoldaşı ilə mübahisə edib. Daha sonra qadının üzərinə tez alışan maye vuraraq yandırıb. Zərərçəkmiş daha sonra xəstəxanaya yerləşdirilib. İndi həkimlər ona lazımi köməklik göstərirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, müstəntiqlər hadisə yerinə baxış keçirib, şahidləri dindirib və zəruri məhkəmə-tibbi ekspertizaları təyin ediblər. 

ElcanMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
missiya.az

1Mənbələr