AZ

Qəzzada təhlükəsiz zona yoxdur: İsraildən yeni təxliyə əmri

İsrail qüvvələri bu gün səhər saatlarında Qəzzanın cənubunda yeni hücumlara başlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ordu yüzlərlə fələstinlinin məskunlaşmış ərazilərin boşaldılması və miqrasiya etməyə məcbur edən növbəti dəfə əmrini verib.
 
Ordu quru əməliyyatından əvvəl Rəfahın böyük hissəsinin boşaldılması əmrini vermişdi. Bildirilib ki, Qəzza zolağının cənubuna sürgün edilən ailələrin gedəcək başqa yeri yoxdur.
 
Qeyd edək ki, İsrailin Qəzzaya hücumları 270 gündür ki, davam edir.
 
Atəşkəs danışıqlarının dalana dirəndiyi və tərəflərin fikir ayrılığının kəskinləşdiyi dövrdə İsrail cənubda hücumlarını intensivləşdirib.
 
Gülay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
azxeber.com

1Mənbələr