AZ

İran İsraili təhdid edib: "Hizbullah" ilə müharibə etsə...

İran "Hizbullah"a görə, İsrail ilə müharibə edəcəyini bildirib.

İran İsrail ilə "Hizbullah" arasında müharibə başlanacağı halda müsəlman təşkilatını dəstəkləməyə hazırdır. Tehran regional münaqişədə maraqlı olmadıqlarını bəyan edib və ABŞ-ı Tel-Əvivə təsir göstərməyə çağırıb.

İranin ali liderinin müşaviri Kamal Xərrazi baş verə biləcək müharibədə Tehranın "Hizbullah"ı dəstəkləyəcəyini bildirib. Onun sözlərinə görə, Tel-Əvivin "Hizbullah"a hücumu Yaxın Şərqdə münaqişənin şaxələnməsinə və regionun bütün ölkələrinin savaşa qoşulmasına səbəb ola bilər.

Xərrazi deyib: "Belə olan halda, bütün vasitələrlə "Hizbullah"ı dəstəkləməkdən başqa seçimimiz olmayacaq". O, İranın münaqişənin baş verməsində maraqlı olmadığını da qeyd edib, münaqişənin qarşısını almaq üçün Vaşinqtonu İsrailə təsir etməyə çağırıb, döyüşlərin şiddətlənməsinin nə İran, nə də ABŞ-ın maraqlarına xidmət etmədiyini əlavə edib.

Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
hurriyyet.az

1Mənbələr