AZ

"Sabah"ın rəqibini məğlub etdilər

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Makkabi" (Hayfa) növbəti yoldaşlıq oyununu keçirib.

Sportal.az xəbər verir ki, Hayfa təmsilçisi İsrailin Olimpiya komandası ilə qarşılaşıb və böyük hesablı məğlubiyyətlə uduzub (1:5).

Eyni zamanda, bu gün İsrail təmsilçisi iki yoldaşlıq oyunu keçirəcəyi İspaniyaya təlim-məşq toplanışına yollanıb.

Xatırladaq ki, “Sabah” – “Makkabi” matçları iyulun 25-i və avqustun 1-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
sportal.az

1Mənbələr