AZ

“Onlar işsiz-gücsüz, qadın alveri edən adamlardır” - Açıqlama

Türkiyənin Kayseri bölgəsində Suriya əsilli bir şəxsin 7 yaşındakı uşağı cinsi istismara məruz qoymasından sonra xalq suriyalıları döyüb ölkədən qovur. Ötən gecə Türkiyənin Hatay, Qaziantep, Adana və Bursa vilayətlərində bir qrup şəxs suriyalılara hücum edib. Onlar Türkiyədə məskunlaşan suriyalıların dərhal ölkədən çıxarılmasını tələb edirlər.



Mövzu ilə bağlı Bakupost.az -a danışan politoloq Qabil Hüseynli suriyalı qaçqınların geriyə qaytarılmasının çoxdan lazım olduğunu bildirib.


O qeyd edib ki, suriyalılar Türkiyədə yaşadıqları müddətdə vətəndaşlıq alıb seçkilərdə iştirak ediblər:


"Hazırda baş verən hadisələr zənnimcə, nəticələri çox pis olacaq istiqamətə apara bilər. Hesab edirəm ki, Türkiyə hökuməti onları yavaş-yavaş öz ölkələrinə göndərməli idi. O adamların böyük əksəriyyəti qadınlardır. Onlar Türkiyədə yaşaya bilməzlər, çünki işsiz-gücsüz, qadın alveri edən adamlardırlar. Suriyalı qaçqınlar ölkələrinə qayıdıb təsərrüfatlarıyla məşğul olmalıdır”.


Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
bakupost.az

1Mənbələr