AZ

Macarıstan- Ukrayna əməkdaşlığı müzakirə ediləcək

Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün bu gün səhər saatlarında Kiyevə gəlib. Bu barədə Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi məlumat verib.

MTI xəbər agentliyi onun sözlərini sitat gətirib: "Görüşün əsas mövzusu sülhə nail olmaq imkanlarıdır". Havasi qeyd edib ki, Orban və Zelenski “Macarıstan-Ukrayna ikitərəfli münasibətlərinin aktual məsələlərini də müzakirə edəcəklər”.

Bu, Orbanın Ukraynada silahlı münaqişə başlayandan sonra Kiyevə ilk səfəridir. Avropa İttifaqı ölkələrinin digər liderlərindən fərqli olaraq, Macarıstan hökumətinin başçısı Ukrayna ordusuna silah verilməsinin və münaqişənin hərb yolu ilə həllinin əleyhinədir.

Oxuməni.az

.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
oxumeni.az

1Mənbələr