AZ

İstanbul Hava Limanı yeni sərnişin rekordu qırıb

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, dünən İstanbul Hava Limanında gündə 268275 sərnişinlə yeni rekordun qırıldığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, nazir Uraloğlu yazılı açıqlamasında İstanbul Hava Limanında ifrat sərnişin sıxlığı ilə bağlı məlumat verib. Uraloğlu həm daxili, həm də beynəlxalq xətlərdə uçuş sayı ilə bağlı təfərrüatları da paylaşıb.

30 iyunda İstanbul Hava Limanında 268275 sərnişinin xidmət aldığını bildirən nazir Uraloğlu, bunun hava limanının açıldığı gündən bəri qeydə alınan ən yüksək sərnişin sayı olduğunu vurğulayıb.

Nazir Uraloğlu, sərnişin sayının beynəlxalq xətlərdə 205721, daxili xəttlərdə isə 62554 olduğunu bildirib. O, dünən İstanbul Hava Limanında 1214-ü beynəlxalq, 378-i daxili xətlərdə olmaqla cəmi 1592 təyyarə trafikinin olduğuna diqqət çəkib.

İstanbul Hava Limanında əvvəlki rekordun 2 iyul 2023-cü ildə 265961 sərnişinlə qırıldığını bildirən Uraloğlu, yeni rekordun hava limanının əhəmiyyətini bir daha ortaya qoyduğunu ifadə edib. Uraloğlu, "İstanbul Hava Limanımız hər gün yeni bir rekorda imza ataraq dünyada nə qədər əhəmiyyətli bir marka olduğunu göstərir. Hava yolu sənayesində dünyanın ən əhəmiyyətli transfer mərkəzi olan İstanbul Hava Limanımızın artan uğuru bizi qürurlandırır" deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
hafta.az

1Mənbələr