AZ

Binəqədi və Sulutəpə qəsəbələrində elektrik enerjisinin verilməsində fasilələr olacaq

Binəqədi
Paytaxtın Binəqədi, Sulutəpə qəsəbələrinin bir sıra hissəsində, Yuxarı Sulutəpə ərazisində bu gün saat 11:00-dan saat 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranacaq. 1news.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin məlumatında qeyd olunub.
Bildirilib ki,abonentlərin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə “Azərişıq” ASC sözügedən ərazilərdə yeni güc mərkəzlərinin şəbəkəyə qoşulmasını təmin edəcək.

Görülən işlər yekunlaşdırıldıqdan sonra elektrik enerjisinin verilişi tam təmin ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1news.az

1Mənbələr