ABŞ-da daha çox kriptovalyuta əməliyyatları ilə məşğul olan “Silvergate Capital” cərimə edilib.

İndex.az xəbər verir ki, ötən il fəaliyyətini dayandırmağa qərar verən şirkət iki tənzimləyici orqan tərəfindən ümumilikdə 63 milyon dollar cərimələnib.

Açıqlamada, Kaliforniya Ştatının Maliyyə Qoruma və İnnovasiyalar Departamentinin FED ilə koordinasiyada oxşar qərar verdiyi bildirilib.