AZ

“Mingəçevir” yeni baş məşqçiyə təklif göndərib

I Liqada çıxış edən "Mingəçevir"də baş məşqçi dəyişikliyi ola bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, "nur şəhəri"nin təmsilçisinin rəhbəliyi komandanın "sükanını" yeni mütəxəssisə tapşırmaq istəyir.
 
Yayılan söz-söhbətə inansaq, 2024/25 "futbol ili"ndə daha iddialı komanda qurmağı planlaşdıran rəsmilər baş məşqçi postuna Rövşən Babayevi dəvət etmək istəyir.
 
Son iş yeri "Sabah"ın əvəzedici heyəti olan Babayevin düşünmək üçün qarşı tərəfdən vaxt istədiyi də deyilir.
 
Qeyd edək ki, Ədahim Niftəliyevin çalışdırdığı "Mingəçevir" ötən mövsümü 7-ci pillədə başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
sport24.az

1Mənbələr