AZ

Ankara son anda İrəvanla danışıqdan imtina etdi

Bu gün Türkiyə-Ermənistan sərhədində iki ölkə nümayəndələrinin görüşü nəzərdə tutulsa da, son anda görüşdən imtina edilib.

Ölkə.Az erməni mediasına istinadən xəbər verir ki, görüşün baş tutmamasının səbəbkarı Ankaradır. Ankara son anda İrəvanla görüş keçirməkdən imtina edib. Bu səbəbdən də iyulun 2-nə sərhəddə planlaşdırılan görüş təxirə salınıb. 

“Son anda Türkiyə tərəfi görüşdən imtina etdi. Qərarın rəsmi səbəbləri açıqlanmayıb”, - mənbə erməni mediasına açıqlayıb. 

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
3
olke.az

4Mənbələr