![Amerika](https://azertag.az/files/2024/2/1200x630/1719902851184025907_1200x630.jpg)
Bakı, 2 iyul, AZƏRTAC
ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda (Copa Amerika) qrup mərhələsinin III turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, C qrupunda daha əvvəl 1/ 4 finala vəsiqəni təmin etmiş Uruqvay ABŞ-la qarşılaşıb. Görüş uruqvaylıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər matçda isə Panama seçməsi Boliviyanı məğlub edib – 3:1.
Bununla Uruqvaydan sonra Panama yığması da adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, daha əvvəl Argentina, Venesuela, Ekvador, Braziliya və Kolumbiya yığmaları növbəti mərhələyə vəsiqəni təmin edib. Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.