AZ

Ronaldo sonuncu Avropa Çempionatından ağlayaraq getdi

Almaniyada keçirilən Avro-2024 Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasının 39 yaşlı hücumçusu Kriştiano Ronaldonun karyerasında sonuncu Avropa çempionatıdır. 

"Unikal" xəbər verir ki, bunu məşhur futbolçu özü təsdiqləyib.

"Əlbəttə, bu mənim üçün son Avropa Çempionatıdır, amma bu, indi məni narahat etmir. İndi əsas şey həvəsli olmaqdır. Ömrümün sonuna qədər Portuqaliya millisinin forması üçün əlimdən gələni edəcəyəm. Məsuliyyəti üzərinə götürmək lazımdır", - o qeyd edib. 

Xatırladaq ki, Avropa Çempionatının 1/8 finalında Portuqaliya ilə Sloveniya qarşılaşıb. Portuqaliyanın kapitanı Kriştiano Ronaldo 105-ci dəqiqədə penalti şansından istifadə edə bilmədiyi üçün ağlayıb.

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
unikal.az

2Mənbələr