AZ

KONKRET.az saytının 5 yaşı tamam oldu

KONKRET.az saytının 5 yaşı tamam oldu.

KONKRET.az saytının yaranmasından 5 il ötür. 2019-cu il iyulun 2-də fəaliyyətə başlayıb. Qısa müddət keçməsinə baxmayaraq, Azərbaycan mediasında özünəməxsusluğu ilə seçilən saytda ölkəmizdə və dünyada baş verən xəbərlər operativ şəkildə işıq üzü görüb. Onlayn qəzet olaraq saytda dərc edilən analitik materiallar, araşdırma, müsahibə və digər janrlarda bir-birindən maraqlı yazılar geniş oxucu kütləsi qazanıb.

Qürur hissi ilə deyə bilərik ki, ölkəmizdə söz azadlığının, milli mətbuat ənənələrinin qorunmasında saytımızın da xüsusi rolu olub.

Saytın peşəkar heyəti, əməkdaşlıq etdiyi jurnalistlər bundan sonra da əlindən gələni edəcək ki, KONKRET.az daha  oxunaqlı olsun, dünyada baş verən proseslərə işıq tutsun, informasiya təhlükəsizliyi mühitnə öz töhfəsini versin.

5 yaşımız mübarək, əziz KONKRET-çilər!

Fadil Paşayev, KONKRET.az saytının baş redaktoru

Visiontv.az kollektivi olaraq həmkarlarımızı təbrik edirik!

Visiont.az



Seçilən
22
6
visiontv.az

10Mənbələr