AZ

Gözlənilməz səfər: Orban Kiyevə gəlir

Gözlənilməz

Bu gün Macarıstanın baş naziri Viktor Orban Kiyevə səfər edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “Guardian” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, Orbanın Kiyevə gözlənilməz səfəri Macarıstanın Avropa İttifaqına sədrlik etdiyi bir vaxtda baş tutacaq.

Rusiyayönlü siyasətçinin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü gözlənilir.

Xatırladaq ki, Orban Ukraynaya genişmiqyaslı işğalın başlanmasından bəri ilk dəfə səfər edəcək.

“Guardian” yazır ki, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak mümkün səfərlə bağlı şərh verməkdən imtina edib, lakin Kiyevdəki digər mənbə səfər planını təsdiqləyib.

“Son dəqiqə dəyişikliklər olmasa, Orban Kiyevdə olacaq”, - mənbə bildirib.

Budapeştdəki mənbə isə səfərlə bağlı danışıqların uzun sürdüyünü deyib.

İddialara görə, əsas mövzu Ukraynanın ucqar qərbində, iki ölkə sərhədinə yaxın ərazidə yaşayan macardilli azlığın Ukraynadakı hüquqları məsələsi olacaq.

Kiyevdəki mənbə isə bildirib ki, Orbanın Kiyevə ikitərəfli, yoxsa Avropa İttifaqının nümayəndəsi kimi gələcəyi ilə bağlı qeyri-müəyyənlik var.

Qeyd edək ki, Avropa İttifaqı Macarıstanı miqrant və qaçqınlarla rəftar qaydalarını pozduğuna görə cərimələyib. Eyni zamanda Viktor Orban bu itkiləri Ukraynaya rus işğalçılarına qarşı mübarizədə kömək edən qurumlar hesabına kompensasiya edəcəyinə söz verib.

Macarıstanın baş naziri həmçinin Qərb liderlərini Rusiya Federasiyasını məğlub etmək istəmələrinə görə tənqid edib. O qeyd edib ki, onların əsas məqsədi yalnız “güc və pul”dur.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
reyting.az

1Mənbələr