AZ

ABŞ Finlandiyada hərbi texnikasını yerləşdirəcək

Finlandiya Parlamenti müdafiə sahəsində əməkdaşlıq sazişini təsdiqləyərək ABŞ-a 15 hərbi obyektə giriş icazəsi verib.

Referans.az xarici KİV-ə istinadən xəbər verir ki, razılaşmaya əsasən, ABŞ bu obyektlərdə öz hərbi və texnikasını yerləşdirə biləcək.

Finlandiya hakimiyyəti amerikalıların istifadə edəcəyi yerlərin təhlükəsizliyini öz üzərinə götürür.

Müqaviləni nəzərdən keçirən Reuters agentliyinin məlumatına görə, 15 obyektə ölkənin şimalında dörd hava bazası, hərbi liman və dəmir yolu daxildir. Hərbi texnika üçün anbarlar Rusiya sərhədinə gedən marşrutlar boyunca yerləşdiriləcək.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
referans.az

1Mənbələr