AZ

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,41 ABŞ dolları, yaxud 1,59 % artaraq 90,06 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 86,83 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Seçilən
71
49
yeniazerbaycan.com

10Mənbələr