AZ

Ermənistan Azərbaycana qarşı döyüşçü hazırlayır - FOTO

İrəvanla Bakı arasında sülh danışıqları davam etdiyi bir vaxtda Ermənistanda döyüşçülərin təlimi üçün bazalar geniş fəaliyyət göstərir.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, VOMA adlı təşkilat həmin bazalarda təhsil qrupları yaradır. Orada əsasən artilleriyaçıları hazırlayırlar.

Təlimlər bu düşərgələri maliyyələşdirən diasporun pulu ilə həyata keçirilir.

Sual yaranır: Əgər Ermənistan hakimiyyəti həqiqətən sülh tərəfdarıdırsa, niyə öz ölkəsinin hər yerində belə düşərgələr fəaliyyət göstərir? Paşinyan hakimiyyəti onları “görmürmü”?

Yeri gəlmişkən, bu düşərgələr sadəcə Azərbaycan dronları üçün bir hədəfdir. Və o artilleriyalar işə salındığı an ekipaj da daxil olmaqla məhv ediləcək.

Rəsmi İrəvan bu barədə düşünsə, daha yaxşı olar.

Bizim.Media

Seçilən
36
bizim.media

1Mənbələr