İspaniyanın paytaxtı Madriddən Uruqvayın paytaxtı Montevideoya gedən təyyarə şiddətli turbulent səbəbindən Braziliyaya məcburi eniş edib, 30 nəfər yaralanıb.

İndex.az xəbər verir ki, İspaniyanın “Air Europa” aviaşirkətinə məxsus “Boeing 787-9 Dreamliner” tipli təyyarə Braziliyanın şimal-şərqindəki Natal hava limanına istiqamətlənib.

UX045 reysi zamanı xəsarət alan sərnişinlərə tibbi yardım göstərilib.

“Air Europa” sözçüsü göyərtəsində 325 sərnişinin olduğu təyyarənin Atlantik okeanı üzərində Braziliya sahillərinə çatmazdan əvvəl turbulentliyə məruz qaldığını bildirib.