Tovuz rayon sakini aldığı kəllə beyin travmasından ölüb.
APA xəbər verir ki, hadisə rayonun Öysüzlü kəndində qeydə alınıb.
27 iyun səhər saatlarında kənd qəbiristanlığının yanında yıxılan 1958-ci il təvəllüdlü Novruz Mehbalı oğlu Hacıyev həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq bu gün ölüb.
Fakt üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır.