AZ

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.

Valyuta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1.41 ABŞ dolları, yaxud da 1.59% artaraq 90.06 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin qiyməti 1.18 ABŞ dolları və ya 1.35% artaraq 88.01 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Seçilən
72
13
valyuta.az

10Mənbələr