AZ

Portuqaliyalı qapıçı Dioqo Kostadan tarixi performans

AVRO-2024-də Portuqaliyanın Sloveniyanı penaltilər seriyasında 3:0 hesabı ilə məğlub etdiyi matçda Dioqo Kosta rəqiblərinə 3 dəfə qol vurmağa imkan verməməklə tarix yazdı.
Elchi.az xəbər verir ki, AVRO-2024- ün son 16 turunda normal və əlavə vaxtda 0-0 hesabı ilə bitən matçda penaltilər seriyası nəticəsində Portuqaliya Sloveniyanı 3:0 hesabı ilə məğlub edib.
Sloveniyanın vurduğu 3 penalti seriyasının hamısında qola imkan verməyən portuqaliyalı qapıçı Dioqo Kosta tarix yazdı.
Dioqo Kosta Avropa Futbol Çempionatı tarixində penaltilər seriyasına qədər davam edən matçda qapısını təmiz saxlayan ilk qapıçı olub.Nuranə Məmmədova 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
elchi.az

1Mənbələr