AZ

Ərdoğan iki naziri dəyişdi - Yeni təyinatlar (FOTO)

Türkiyə prezidenti Ərdoğan iki naziri vəzifədən azad edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, prezidentin sərəncamı ilə bir neçə gün əvvəl istefa verən Mehmet Özhasekinin yerinə - Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə Murat Kurum, Səhiyyə naziri Fahrettin Kocadan boşalan posta isə Kemal Memişoğlu təyin edliblər.

Xatırladaq ki, Murat Kurum 1976-cı ildə Ankarada anadan olub. Kurum 2005-2006-cı illərdə TOKİ Ankara İcra Departamentində ekspert, 2006-2009-cu illərdə TOKİ İstanbul İcra Departamentinin Avropa Yakası İcra Şöbə Müdiri, 2009-2018-ci illərdə isə TOKİ-nin törəmə şirkəti Emlak Konut GYO AŞ-nin baş direktoru vəzifələrində çalışıb. 2018-ci ildə o, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri naziri təyin edilib. O, mart ayında İstanbul Böyükşəhər Bələdiyyə Başçılığına namizəd olsa da, İmamoğluna uduzub.

Yeni Səhiyyə naziri  Kemal Memişoğlu isə əslən Rizədəndir, 1966-cı ildə Trabzonda anadan olub.

Lamiyə Əhmədli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
mia.az

2Mənbələr