AZ

İsrail Xan Yunisdən fələstinlilərin təxliyəsinə əmr verib

İsrail Qəzza zolağının cənubunun ən böyük şəhəri olan Xan Yunisdən fələstinlilərin təxliyəsinə əmr verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu yenilikdən sonra, İsrail qoşunlarının bu şəhərdə hərbi əməliyyatlarını bərpa etməsi gözlənilir. 

Şəhərin böyük hissəsi bu ilin əvvəlində İsrail qoşunlarının uzun sürən hücumları nəticəsində məhv edilib. 

Xan Yunisdə əməliyyatlarn birdəfəlik yekunlaşdığına o qədər əmin gözü ilə baxılırdı ki, burda digər şəhərlərdən köçən fələstinlilərin yerləşməsi üçün düşərgələr tikilmiş, eləcə də içməli su problemini aradan qaldırmaq üçün su xətti quraşdırılmışdı.

İsrailin Qəzza zolağının ən böyük şəhərlərindən birində HƏMAS-ı məğlubiyyətə uğratması müharibənin artıq sona yaxınlaşdığına işarə kimi görülürdü. 

Lakin, indi, İsrail qoşunlarının sözügedən şəhərə qayıtması onu göstərir ki, müharibədə İsrailin xeyrinə dəyişən heç bir şey yoxdur. 

Bu vəziyyət sırf Xan Yunis üçün səciyyəvi deyil. 

İsrail baş naziri B.Netanyahu, hələ 2023-cü ilin sonlarında, Qəzza zolağının şimalında HƏMAS batalyonlarının məğlub edildiyini və anklavın şimalının terrorçulardan təmizləndiyini bildirmişdi. 

Bundan sonra, anklavın cənubunda quru əməliyyatlarını davam etdirəcəkləri və cənubda yaşayan əhalinin Qəzzanın şimalına təxliyə ediləcəyi açıqlanmışdı. 

Lakin son aylarda, HƏMAS yenidən Qəzza zolağının şimal şəhərlərində peyda olub və anklavın ən böyük şəhəri olan Qəzza da daxil olmaqla, bir neçə şəhərdə şiddətli döyüşlər gedib.

Maraqlıdır ki, Netanyahu ötən gün keçirdiyi brifinqdə, aylardır təkrarladığı, lakin reallığı əks etdirmiyən sözləri növbəti dəfə səsləndirib. 

O, İsrail qoşunlarının böyük uğurlar əldə etdiyini və artıq müharibənin sonuna az müddət qaldığını deyib. 

Həm, yerli əhalini içməli su ilə təmin edən su xətlərinin, həm də onsuz da sayı az olan humanitar yardımların əsas keçidni əhatə edən Kerem Şalomun Xan Yunisdə yerləşməsi qarşıdakı aylarda anklavda humanitar böhranın dərinləşəcəyindən xəbər verir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
operativmm.az

1Mənbələr