AZ

Ərdoğandan yeni nazir təyinatları

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki naziri dəyişib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamı “Rəsmi Qəzet”də dərc olunub.

Sənədə əsasən, ölkənin səhiyyə naziri postunda Fəxrəddin Qoca Kamal Memişoğlu ilə əvəzlənib.

Ətraf mühit və şəhərsalma naziri Mehmet Özhasekinin yerinə isə, 2018-2023-cü illərdə bu vəzifəni daşıyan Murat Kurum təyin edilib.

Qeyd edək ki, Qoca və Özhaseki daha əvvəl istefa ərizələrini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
qafqazinfo.az

1Mənbələr