AZ

FutbolSloveniya millisinin baş məşqçisi: Portuqaliya qələbəyə layiq idi

Portuqaliya qələbəyə layiq idi.

"Report" xəbər verir ki, bunu Sloveniya millisinin baş məşqçisi Matias Kek Portuqaliyaya qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Müxəssis məğlubiyyətə görə məyus olduqlarını bildirib: "Komanda olaraq çox üzgünük. Futbolçularıma təşəkkür edirəm. Onlar Sloveniya yığmasında oynamağa layiq olduqlarını göstərdilər. Təəssüf ki, bu cür azarkeşlərin qarşısında qalib gələ bilmədik. Portuqaliya qələbəyə layiq idi".

"Bizə gəlincə, turnirdə qalmaq istərdik. Geri qayıtdığımız üçün üzülürəm. Böyük yarışda iştirak etdik və bir qədər də böyüdük", - M.Kek bildirib.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Portuqaliyaya penaltilər seriyasında məğlub olan Sloveniya turnirlə vidalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
far.az

2Mənbələr