Avro-2024-ün 1/8 finalında Portuqaliya millisi Sloveniyaya qalib gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, normal vaxt 0:0 hesabı ilə başa çatıb.
Komandalar əlavə vaxtda da qol vura bilməyib. Matçın 105-ci dəqiqəsində portuqaliyalı Kriştiano Ronaldo penaltini qaçırıb.
1/4 finalda Portuqaliya Fransa ilə qarşılaşacaq. Qarşılaşma iyulun 5-də keçiriləcək.
Hazırkı Avropa çempionu 1/8 finalda İsveçrə millisinə uduzaraq Avro-2024-dən çıxan İtaliya millisidir.