AZ

AÇ-2024: Fransa və Portuqaliya 1/4 finalda

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha iki 1/4 finalçı müəyyənləşib.

Günün ilk qarşılaşması Düsseldorfda Fransa və Belçika milliləri arasında keçirilib. Görüşün taleyini bir qol həll edib. Vertongenin matçın sonlarına təsadüf edən avtoqolu Fransaya qələbə qazandırıb.

Saat 23:00-da isə Frankfurtda Portuqaliya və Sloveniya yığmaları münasibətlərə aydınlıq gətiriblər. Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən Portuqaliya adını 1/4 finala yazdırıb. 

1/4 finalda Fransa Portuqaliya ilə üz-üzə gələcək.

AÇ-2024
1/8 final
1 iyul

Fransa - Belçika 1:0 
Qol: Vertongen, 85-öz qapısına.

Baş hakim: Qlenn Nyuberq (İsveç).
Düsseldorf, "Esprit Arena".

Portuqaliya - Sloveniya 0:0 (penaltilərlə 3:0)

Ronaldu 105-ci dəqiqədə penaltidən yaralana bilməyib.
Baş hakim: Daniel Orsato (İtaliya).
“Frankfurt Arena”.

Seçilən
109
fanat.az

1Mənbələr