Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha iki 1/4 finalçı müəyyənləşəcək.
Günün ilk qarşılaşması Düsseldorfda Fransa və Belçika milliləri arasında keçirilib. Görüşün taleyini bir qol həll edib. Vertongenin matçın sonlarına təsadüf edən avtoqolu Fransaya qələbə qazandırıb.
Saat 23:00-da isə Frankfurtda Portuqaliya və Sloveniya yığmaları münasibətlərə aydınlıq gətiriblər. Oyunun əsas və əlavə vaxtında qapılara qol vurulmayıb.
AÇ-2024
1/8 final
1 iyul
Fransa - Belçika 1:0
Qol: Vertongen, 85-öz qapısına.
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Düsseldorf, "Esprit Arena".
Portuqaliya - Sloveniya 0:0 (penalti seriyası)
Baş hakim: Daniel Orsato (İtaliya).
“Frankfurt Arena”.