Türkiyə bayrağının təhqir edilməsi hadisəsi ilə bağlı Ankara Cümhuriyyət Prokurorluğu istintaqa başlayıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç deyib.
O bildirib ki, sosial media platformalarında Türkiyə bayrağının təhqir edilməsi ilə bağlı görüntülər paylaşılmaqdadır.
Qeyd edək ki, Suriyanın şimalında bir qrup provakator Türkiyə bayraqlarını cıraraq yandırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun