AZ

“İnter”də 4 ayrılıq birdən

Hücumçu Aleksis Sançes, həmçinin yarımmüdafiəçilər Xuan Kuadrado, Davi Klassen və Stefano Sensi klubla müqavilələrinin başa çatması ilə əlaqədar “İnter”i tərk ediblər. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı Sançes 2019-cu ildən “İnter”də çıxış edib. Ümumilikdə o, komandanın heyətində bütün turnirlərdə 142 oyun keçirib, 24 qol vurub və 28 məhsuldar ötürmə verib. 36 yaşlı Kuadrado 2023-cü ilin yayından İtaliya klubunun heyətində yer alıb. 31 yaşlı Klassen italiyanların heyətinə 2023-cü ilin payızında qoşulub. 28 yaşlı Sensi isə 2023-cü ilin yayından “İnter”də çıxış edib. Xatırladaq ki, A Seriyasının son mövsümünün yekununda “İnter” İtaliya çempionu olub. Klub 38 oyundan sonra 94 xal toplayıb və tarixində 20-ci dəfə bu adı qazanıb.  

Seçilən
11
1
matc.az

2Mənbələr