AZ

Deşam: “Gəlin bu anın həzzini yaşayaq”

Fransa milli komandasının baş məşqçisi Didye Deşam komandasının AVRO-2024-ün 1/8 finalında Belçika üzərində qazandığı qələbədən (1:0) danışıb. Matc.az xəbər verir ki, o, bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlama verib. “Komandamız xeyli irəliləyiş əldə etdi və rəqiblərimiz kağız üzərində hücumameyilli komanda olsalar belə, açıq-aşkar ehtiyatlı davrandılar. Şanslar yaratmaq üçün əlimizdən gələni etdik və daha çoxunu yaratdıq, amma gözləmə oyununu oynadıq və onların tələsinə düşmədik. Bu xoşuma gəldi, amma sadəcə topa sahib olmaqla qalib gələ bilməzsən”. İnsanlar 1/4 finala çıxacağımızı gözləsələr belə, gəlin bu anın həzzini yaşayaq. Heç nə asan başa gəlmir. Biz 1/4 finaldayıq və bu, turnirin vacib mərhələsidir”.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
matc.az

1Mənbələr