AZ

Belçika millisinin baş məşqçisi Tedesko məğlubiyyəti şərh edib

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko 2024-cü il Avropa çempionatının 1/8 finalında komandasının Fransa yığmasına uduzduğu (0:1) haqda açıqlama verib. Matc.az xəbər verir ki, o, bu barədə UEFA-nın mətbuat xidmətinə danışıb. “Final fitindən çox az vaxt keçib. Sonda avtoqol buraxdıq və indi nəyisə təhlil etmək çətindir. Önümüzdəki həftələrdə turnirin nəticələrini təhlil edəcəyik. Kastels bu turnirdə parlaq çıxış etdi. O, təkcə Ukrayna ilə oyunda bizə kömək etmədi. Kastels əla qapıçıdır və bu gün buraxdığımız qol onun günahı deyil. Topu onların arxasına atmağa çalışanda fransızların müdafiədə müəyyən problem yaşadıqlarını gördük. Güclü müdafiə olundular. Üç hücumçu ilə oynadıq və onların müdafiəçilərinin geridə qoyduğu boşluqdan istifadə etmək istədik. Əsas ideya bu idi. Müdafiədə onların cinah oyunçularını oyundan çıxarmaq istəyirdik”. Xatırladaq ki, 2024-cü il Avropa çempionatının 1/8 final mərhələsinin Fransa və Belçika millilərinin qarşılaşdığı qarşılaşma fransızların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, fransalılar Portuqaliya - Sloveniya cütünün qalibi ilə qarşılaşacaqları turnirin 1/4 finalına yüksəlib.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
matc.az

1Mənbələr