AZ

Qazaxıstanda terror təhlükəsi: ölkədə vəziyyət "sarı" səviyyəyə qaldırıldı - Səbəb

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının sammiti ilə əlaqədar Qazaxıstanda, xüsusən də paytaxt Astanada və Almatı, Qaraqandı və Kokşetau şəhərlərində terror təhlükəsi “sarı” həddə qaldırılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda xarici liderlərin və nümayəndə heyətlərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görüldüyü vurğulanıb: “Qazaxıstanın Terrorla Mübarizə Qanununun 12, 13 və 15-ci maddələrinə uyğun olaraq, Astana, Almatı, Qaraqandı və Kokşetau şəhərlərində  terrorizmə qarşı üst hazırlıq elan olunub. Beləliklə, sözügedən şəhərlərdə 2 iyul saat 00.01-dən 4 iyul 23.59-a qədər terror təhlükəsinin orta səviyyəsi olan “sarı” səviyyə qüvvədə olacaq. Bu səbəbdən, müəyyən ictimai yerlərdə, qatar və avtovağzallarda avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinə məhdudiyyətlər qoyulacaq, hava limanlarında və metro obyektlərində patrul xidmətinin gücləndiriləcək, hava limanlarında, metropoliten, qatarlarda yoxlama tədbirləri gücləndiriləcək. İş yerlərində 70 faiz onlayn iş rejiminə keçiləcək".

Zülfiyyə 

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
mia.az

1Mənbələr