AZ

"Qalatasaray" Mişi Batşuayinin transferini rəsmən açıqlayıb

"Qalatasaray" Mişi Batşuayinin transferini rəsmən açıqlayıb

"Qalatasaray" İctimaiyyəti Açıqlama Platformasına belçikalı hücumçu Mişi Batşuayi ilə 3 illik anlaşma əldə edildiyini açıqlayıb.Transfer səylərini davam etdirən "Qalatasaray" yeni mövsüm öncəsi ilk addımını atıb."Qalatasaray" ötən mövsüm "Fənərbaxça"da çıxış edən belçikalı hücumçu Mişi Batşuayini heyətinə qatdığını açıqlayıb.Sarı-qırmızılı klubdan verilən açıqlamada bu ifadələr yer alıb:"Peşəkar futbolçu Mişi Batşuayi-Atunqanın 3 mövsümlük transferi ilə bağlı razılıq əldə olunub. Razılaşmaya əsasən futbolçu 2024-2025 mövsümü üçün 1 milyon 500 min avro, 2025-2026-cı il mövsümü üçün 1 milyon 000 min avro, 2026-2027-ci il mövsümü üçün isə 500.000 avro imza haqqı alacaq. Bundan əlavə hər futbol mövsümü üçün 3.000.000 avro xalis mövsüm haqqı ödəniləcək".Mənbə: Haber Global

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
afn.az

1Mənbələr