AZ

“Şimal” UEFA Regionlar Kubokunda qrupda qaldı

Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edən “Şimal” komandası ilkin mərhələnin B qrupunda ikinci oyununa çıxıb.

Arena.az xəbər verir ki, bu qrupun oyunları Gürcüstanın Kutaisi şəhərində təşkil olunub.

AFFA Region Liqasının son qalibi bu dəfə İsveçin “Qothenburq” komandası ilə qarşılaşıb. Kutaisi Futbol Akademiyasının meydançasında baş tutan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Təmsilçimizin heyətində qolları 44-cü dəqiqədə Kazbek Qafarov və 58-ci dəqiqədə Şahlar Sadiyev vurublar.

Xatırladaq ki, təmsilçimiz UEFA Regionlar Kubokundakı ilk oyununda Gürcüstanın “Football School Bridge” komandasına 0:5 hesabı ilə məğlub olmuşdu.

Beləliklə, 1 xalla qrup sonuncusu olan Azərbaycan çempionu mübarizəni erkən dayandırıb.

UEFA Region Liqası
B qrupu
1 iyul

“Şimal” – “Qothenburq” 2:2
Baş hakim: Dumitri Muntyan (Moldova).
Baş hakimin köməkçiləri: Denis Oala (Moldova), Nikola Raduloviç (Monteneqro).
Dördüncü hakim: Miloş Boşkoviç (Monteneqro).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
8
arena.az

9Mənbələr