AZ

Zəngəzurun məşhur dağ qoçunu indi də “erməni muflonlarına” çevirdilər...

Image

Elşad Əsgərov: “Erməninin onun adını “erməni muflonu” qoyması...”

Ermənilər tarixi-dini abidələri, toponimləri, yaşayış məntəqlərinin adlarını saxtalaşdıraraq erməniləşdirməklə kifayətlənməyib, indi də fauna növlərinə keçiblər. 

Təsəvvür edin ki, əlləri hər şeydən üzülən ermənilər təbiətdəki heyvanları da “erməniləşdiriblər”. Heyvanın milliyyəti olduğunu birinci dəfədir eşidirik və bunu ermənilərin “təcrübəsində” görürük.   

“Armenpress”in yaydığı məlumata görə, Zəngəzur Təbiət Qoruğunda “erməni muflonları” aşkarlanıb. 

Qeyd edirlər ki, iyunun 25-də “Zəngəzur” Biosfer Kompleksi SNCO-nun ərazisində iri məməlilərin müntəzəm kəmiyyət monitorinqi nəticəsində

Ermənistan Respublikası Təbii Sərvətlər Nazirliyi “erməni muflonları” qeydə alıb. Bu barədə Ermənistanın Ətraf Mühit Nazirliyinin məlumat verdiyi deyilir. 

“Erməni muflonu”nun Ermənistanın Heyvanların Qırmızı Kitabına daxil edildiyi yazılır. “Qırmızı Siyahı meyarlarına uyğun olaraq nəsli kəsilməkdə olan kimi qiymətləndirilir”-deyə vurğulanıb.

“Sovet dövründə o dağ qoçlarına “Cənubi Qafqaz muflonu” deyirdilər” 

ARETN-nin Zoologiya İnstitutunun elmi işçisi Elşad Əsgərov “Bakı-Xəbər”ə bildirdi ki, muflon dağ qoçu növüdür, bizim qoyunların əcdadıdır. “Dağ qoçları çox yerdə var, Orta Asiyadan tutmuş Balkanlara qədər yayılmış bir heyvandır, amma ayrı-ayrı növləri var. Biz arhar, muflon, urial, marko-polo dağ qoçlarının   adlarını qeyd edə bilərik. Bunların növü çoxdur. Bunların çoxu Xəzər dənizinin o tərəfində, Şərqdə yaşayır. Biz tərəfdə yaşayanların  adı isə “ovis oriantalis Gmelin”dir. Son dövrlər adını latınca  “ovis Gmelin” ediblər”.

Ermənilərin dağ qoçlarına qondarma ad qoymasına gəlincə, alim bildirdi ki, onların yanaşması səhvdir. “Bunu tək onlar iddia etmirlər, Avropa alimləri də belə deyirlər. Ermənistan ərazisində dağ qoçlarına belə ad qoyublar. Bu yeni söhbət deyil. 

Sovet dövründə o dağ qoçlarına “Cənubi Qafqaz muflonu” deyirdilər. Bu dağ qoçu növü İranda, Türkiyədə, Azərbaycanda və Ermənistanda yaşayır. Haqqında danışdığımız növ bu ərazilərdə yaşayır. Qışda Naxçıvanın düzənliklərinə, Araz boyuna, qış otlaqlarına tökülürlər, yayda da Ermənistan tərəfə qalxırlar. Bizim də dağlarda qalırlar, o üzə də aşırlar, yay otlaqlarına gedirlər. Bu formada yaylaq-qışlaq miqrasiyası edirlər. Biz ona elmi olaraq   “Gmelin muflonu” deyirik. Erməninin onun adını “erməni muflonu” qoymasına baxmayaraq, onun elmi adı  “Gmelin muflonu”dur”-deyə bildirən alim qeyd etdi ki, kimin ona nə ad qoymasından aslı olamaraq onun elmi adı var. 

Alim onu da bildirdi ki, ermənilər Zəngəzur qoruğu dedikdə Naxçıvandakı Zəngəzur Milli Parkını yox, Ermənistan ərazisindəki qoruğu nəzərdə tuturlar.  

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
baki-xeber.com

1Mənbələr