AZ

AÇ-2024: Fransa çətin qələbə ilə 1/4 finalda

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) 1/8 final mərhələsinin oyunları keçirilir.

Arena.az xəbər verir ki, pley-offun üçüncü oyun gününün ilk qarşılaşması Düsseldorf şəhərində baş tutub.

Burada Fransa və Belçika yığmaları üz-üzə gəliblər. Favoritlərdən hesab olunan bu komandaların görüşü böyük maraqla gözlənilirdi. Bakı vaxtı ilə saat 20:00-da başlamış oyunda uzun müddət qapılara qol vurulmayıb. Matçın sonlarında hesabı açan fransızlar çətin qələbə sayəsində 1/4 finala çıxıblar.

Günün digər oyunu Avropa çempionatının əsas favoritlərindən sayılan daha bir komanda – Portuqaliya yığması ilə Sloveniya millisi arasında baş tutacaq. Köln şəhərindəki görüşə saat 23:00-da start veriləcək.

Xatırladaq ki, daha öncə İsveçrə, Almaniya, İngiltərə və İspaniya yığmaları 1/4 finala vəsiqəni təmin etmişdilər.

AÇ-2024
1/8 final
1 iyul

Fransa – Belçika 1:0
Qol: Yan Vertongen, 85-öz qapısına.
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Düsseldorf. “Merkur Spieal-Arena”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
arena.az

1Mənbələr