"Turan Tovuz" son olaraq “Sabah”da çıxış etmiş Kristian da Silvanı transfer edib. 

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisi braziliyalı futbolçu ilə 1+1 illik müqavilə bağlayıb.

Yarımmüdafiəçi karyerası ərzində Braziliyada “Tuna Luso”, “Qoiatuba”, “Anapolis”, Kiprdə APOEL, Rumıniyada ÇFR,  Portuqaliyada “Nasional”, “Pasuş de Ferreyra”,  “Feyrense”, “Kasa Pia”, “Koimbra” klublarının formasını geyinib.