Fransada tək mühərrikli kiçik təyyarənin magistral yolda qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
BiG.AZ xəbər verir ki, paytaxt Paris yaxınlığındakı hava limanından havaya qalxan təyyarə Sena-et-Marna əyalətində A4 avtomobil yolunda yüksək gərginlikli xəttlə təmasda olduqdan sonra qəzaya uğrayıb.
Tək mühərrikli kiçik təyyarədə olan 3 nəfər həyatını itirib.
Qəza səbəbindən magistralın hər iki istiqaməti nəqliyyatın hərəkəti üçün bağlanıb.
Qəza ilə bağlı araşdırmalar davam edir.
BiG.Az