AZ

“Maliyyə sıxıntısı həddən artıqdı” – Cavid Hüseynov “Turan Tovuz”a getməsinin səbəbini açıqladı

Cavid Hüseynov dünən “Cəbrayıl”dan ayrıldı.

35 yaşlı məşqçi karyerasını “Turan Tovuz”da davam etdirəcək. Özü də Kurban Berdıyevin köməkçisi kimi. Açığı, “Cəbrayıl”ı 2-ci liqadan 1-ci liqaya çıxaran, perspektivli komanda qurmaq istəyən mütəxəssisin bu qərarı gözlənilməz oldu. Bir neçə gün əvvəl Cavid bəylə əlaqə saxladıqda hələ düşündüyünü demişdi. Görəsən, onu 1-ci liqaya çıxardığı klubdan ayrılmağa nə vadar edib. Hüseynovun “Football-plus.az”a söylədikləri:
“Ətraflı düşünməyimdə səbəb"Cəbrayıl"in gələcəyi idi. Çox böyük əziyyət hesabıba komandanı bu yerə gətirib çıxardıq. Amma maliyyə sıxıntısı həddən artıqdı. Gələn il də büdcəmizdə elə bir dəyişiklik olmayacaq. Üstəlik AFFA-nın ayırdığı pul yetərli deyil. Həm də mənə düşən bu şansdan maksimum yararlanmaq istəyirəm. Kurban Berdıyev kimi məşqçinin köməkçisi olmaq, ondan daha çox şey öyrənmək varkən bunu əldən vermək istəmədim. Beləliklə, razılaşdıq. İnanıram ki, həm Tovuz komandası, həm də gələcək karyeram üçün uğurlu olacaq”.


RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
football-plus.az

1Mənbələr