AZ

Bakıda 20 yaşlı qadın qətlə yetirilibVİDEO

Bakıda anası və qardaşı ilə kirayədə qalan 20 yaşlı qadın qətlə yetirilib.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət səhərə yaxın paytaxtın Binəqədi rayonu, İlham Hacıyev küçəsi, döngə 1, ev 80 ünvanında baş verib.

20 yaşlı Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal istintaq qrupu hadisə yerinə gəlib.

27 yaşlı Təbriz Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Meyit isə müayinə üçün Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb.

Ev sahibi Murad Xəlilov deyir ki, əslən Şəmkirdən olan Xanım Qasımova iki oğlu ilə bu ilin qışında gəlib və onların evini kirayəyə götürüb. Ev sahibinin sözlərinə görə, ana çörək sexində, oğlanları isə su şirkətlərindən birində işləyirmiş. 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
xezerxeber.az

1Mənbələr