AZ

“Sabah”dan "Turan Tovuz"a

“Turan Tovuz” daha bir futbolçu ilə heyətini gücləndirib.

İdman.biz xəbər verir ki, Kristian da Silva 1+1 illik müqavilə bağlanıb.

Braziliyalı futbolçu “Sabah”dan Tovuz klubuna keçib. Bir neçə gün öncə paytaxt klubundan ayrılan 35 yaşlı müdafiəçi ötən mövsümdə Azərbaycan Premyer Liqasında 30 oyunda meydana çıxıb.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi karyerası ərzində Braziliyada “Tuna Luso”, “Qoiatuba”, “Anapolis”, Kiprdə APOEL, Rumıniyada ÇFR, Portuqaliyada “Nasional”, “Pasuş de Ferreyra”, “Feyrense”, “Kasa Pia”, “Koimbra” klublarının formasını geyinib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
idman.biz

10Mənbələr