AZ

Almaniyanın silah nəhəngi daha bir çoxmilyardlıq sifariş aldı

Almaniyanın silah konserni Rheinmetall ölkənin Müdafiə Nazirliyindən tarixindəki ən böyük sifarişi alıb.

Musavat.com şirkətin açıqlamasına istinadən xəbər verir ki, ümumi dəyəri 3,5 milyard avroya qədər olan sifariş Bundesverə 6,5 min zirehli hərbi yük maşınının (UTF) tədarükünü nəzərdə tutur.

Məlumata görə, sifarişin birinci hissəsinə 312 milyon avro dəyərində 610 yük maşını daxildir ki, onlardan 210 ədədi bu il Almaniyaya çatdırılmalıdır. Təchizat Bundesverin xüsusi fondlarından maliyyələşdirilir.

İyunun 20-də Rheinmetall Almaniya silahlı qüvvələri ilə 8,5 milyard avro dəyərində sursat alınması üçün müqavilə bağlandığını elan edib. Yeni müqavilə üzrə ilk tədarüklər 2025-ci ilin əvvəlinə planlaşdırılır.

Rheinmetall Almaniyanın ən böyük müdafiə şirkətidir. İstehsal edilən hərbi maşınların və döyüş sursatlarının sayına görə o, Qərbdə üç ən böyük şirkətdən biri hesab olunur.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
1
musavat.com

2Mənbələr