AZ

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Ermənistan NATO-nun Vaşinqtonda keçirilən sammitində tərəfdaşlar formatında və təşkilatın 75 illiyinə həsr olunmuş müvafiq tədbirlərdə iştirakını təsdiqləyib.

BiG.AZ xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

"Ermənistan NATO-nun Vaşinqtonda keçirilən sammitinin tərəfdaş formatlı tədbirində və təşkilatın 75 illiyi ilə bağlı əlaqədar tədbirlərdə iştirak etmək üçün dəvət alıb və iştirakını təsdiqləyib. Hazırda başqa razılaşma yoxdur", - deyə Badalyan bildirib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O Brayen Bakıda keçirdiyi brifinqdə qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistanı Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində tərəfdaşlar görüşünə dəvət edib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
33
big.az

10Mənbələr