AZ

Yunanıstan 6 günlük iş həftəsinə keçdi

Yunanıstan 6 günlük iş həftəsinə keçib.

KONKRET.az xəbər verir ki, iyulun 1-dən qüvvəyə minən yeni qanuna əsasən 6 günlük iş həftəsinə keçən işəgötürən bu barədə müvafiq dövlət orqanlarına, işçilərə məlumat verməli, həmçinin müəssisəsinin əlavə iş yükünə ehtiyacı olduğunu sübut etməlidir. Altıncı iş gününün müddəti 8 saatdan çox ola bilməz.

Bundan əlavə, yeyinti sənayesində, turizm sektorunda, gecə növbəsi olan müəssisələrdə, habelə təhsil müəssisələrində çalışan işçilər üçün altı günlük iş rejimi tətbiq edilə bilməz. Bununla belə, yerli özünüidarəetmə orqanlarının, vergi müfəttişliklərinin, dövlət poçt şöbələrinin, dövlət enerji və su şirkətlərinin məmurlarının həftənin altı günü işləməyə məcbur edilməsi ehtimalı var.

Əlavə iş günlərində çalışanların əmək haqqısı 40 faiz artırılacaq.

Yeni qanun əmək hüququ professoru Aris Kazakos tərəfindən sərt şəkildə tənqid edilib. O, hesab edir ki, yeni normalar beşgünlük iş həftəsi prinsipini qüvvədən salır və işəgötürənə işçiyə həftədə bir gün daha işləmək əmri vermək kimi müstəsna hüquq verir.

Kazakos xəbərdarlıq edib ki, iş saatlarının artırılması bədbəxt hadisələrin sayının artmasına səbəb olacaq. Bundan əlavə, getdikcə daha çox yunan xaricə üztutacaq. Əsasən, turizm sektorunda artıq ciddi kadr çatışmazlığı yaşanacaq.

Burhan, 

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
konkret.az

2Mənbələr