AZ

Qapısı açıq halda“Mercedes”i blokun girişində saxlayıb sakinin yolunu kəsdi - VİDEO

Paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, bu barədə  görüntü sosial şəbəkədə paylaşılıb. Belə ki, 99-FZ-780 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü maşını binanın girişində park edərək sakinlərin yolunu kəsib. Qayda pozan sürücü heç bir məsafə saxlamadığı üçün blokdan çıxan sakin məcbur qalaraq digər çıxışdan istifadə edib. İşin qəribə tərəfi isə onun maşını qapısı açıq halda saxlaması olub.

Qeyd edək ki, qanunvericiliyə görə , nəqliyyat vasitəsini binaların, yaşayış evlərinin önündə park etmək qadağandır. 

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
avtosfer.az

1Mənbələr