AZ

Belçika Fransa matçı başladı - YENİLƏNİR

Bu gün Avropa çempionatında 1/4 finala vəsiqə qazanan növbəti komandalar bəlli olacaq. 

Apasport.az xəbər verir ki, günün ilk matçı Fransa və Belçika milliləri arasında keçiriləcək. 

Düsseldorf oynanılacaq qarşılaşmanı isveçli referi Qlenn Nyberq idarə edəcək.

D qrupunda Avstriya, Hollandiya və Polşa ilə mübarizə apararaq çempionata başlayan Fransa 1 qələbə və 2 heç-heçə ilə 5 xal toplayaraq Avstriyadan sonra 2-ci pillədə 1/8 finala vəsiqə qazanıb. 

Fransa qrup mərhələsində 2 qol vurub, 1 qol buraxıb.

Rumıniya, Slovakiya və Ukrayna ilə E qrupunda yer alan Belçika bütün komandaların 4 xal topladığı qrupda 2-ci pillədə qərarlaşıb və növbəti mərhələyə yüksəlib.

Belçika qrupda 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə yadda qalıb. Yığma 2 qol vurub, 1 qol buraxıb.

AVRO-2024

1/8 final

1 iyul

20:00. Fransa - Belçika 0:0 (Birinci hissə)

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, "Esprit Arena".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
apasport.az

3Mənbələr